“Vergi xəbərləri”.-2008.-¹8.-S.57-59.
İŞÇİLƏRİN
EZAMİYYƏ QAYDALARI
1. Ümumi
müddəalar
1.
Dövlət orqanının, müəssisə, idarə
və təşkilatın (bundan sonra təşkilatın)
rəhbərinin sərəncamı (əmri) ilə
işçinin daimi iş yerindən müəyyən
olunmuş müddətə başqa yerə xidməti
tapşırığı yerinə yetirmək
üçün getməsi xidməti ezamiyyət sayılır.
Daimi işi
yolda keçən və gediş-gəliş xarakteri
daşıyan, növbə (vaxta) metodu ilə
işləyən və çöl şəraitində
çalışan (gündəlik iş vaxtı başa çatdıqdan
sonra öz daimi yaşayış yerinə qayıtmaq
imkanı olmayan) işçilərin xidməti gedişi
ezamiyyət sayılmır.
2. Təşkilatların
işçilərinin ezamiyyətə göndərilməsi
həmin təşkilatların rəhbərləri
tərəfindən müəyyən edilir və müvafiq
əmrlə rəsmiləşdirilir. Dəvət edən
tərəf ezamiyyə xərclərinin ödənilməsini
öz üzərinə götürdüyü hallarda,
ezamiyyə xərclərinin ödənilməsi ilə
bağlı müddəalar əmrdə öz əksini
tapmalıdır. Respublikadaxili
ezamiyyələr zamanı müvafiq əmrlə yanaşı
işçiyə bu Qaydaların əlavəsinə uyğun
olaraq "Ezamiyyə vəsiqəsi" verilir.
3. İşçilərin
tabeçilik qaydasında yuxarı təşkilata xidməti
ezamiyyətləri qarşılıqlı razılaşma
və yaxud yuxarı təşkilatın dəvəti
əsasında həyata keçirilir.
4.
İşçilərin ezamiyyət müddəti təşkilatların
rəhbərləri tərəfindən müəyyən
edilir, lakin yolda olduğu müddət hesaba alınmamaqla bu
müddət 40 gündən yuxarı ola bilməz
(Azərbaycan Respublikasının xarici ölkələrdə
və beynəlxalq təşkilatlarda çalışan
diplomatik xidmət əməkdaşları, diplomatik xidmət
orqanlarının inzibati-texniki xidmətini həyata
keçirən şəxslər və digər təşkilatların
nümayəndələri istisna olmaqla). ,
Təftiş
və yoxlamalarla əlaqədar olaraq ezamiyyət müddəti
müstəsna hallarda təşkilatın rəhbərinin
sərəncamı (əmri) ilə təftiş və yoxlama
qurtarana qədər artırıla bilər.
Quraşdırma,
sazlama və tikinti işlərinin yerinə yetirilməsi
üçün göndərilən fəhlələrin,
rəhbər və mütəxəssislərin ezamiyyət
müddəti müvafiq işlərin görülməsi
müddətindən asılı olaraq müəyyən
edilir.
5. Ezam olunan
işçiyə ezamiyyətə getməzdən
əvvəl ezamiyyətin müddətinə uyğun olaraq pul
avansı verilir.
Pul avansı
ezamiyyə xərclərinin 1 günlük normasına
uyğun ezamiyyət günləri üçün
tələb olunan xərclərdən və nəqliyyat
xərclərindən ibarətdir.
Ezamiyyə
xərclərinin 1 günlük normasına - gündəlik,
mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat (taksidən
istifadə istisna olmaqla) və digər xidmətlərlə
bağlı xərclər daxildir.
Nəqliyyat
xərclərinə - ezam olunma yerinə getmək və
qayıtmaq, ölkədaxili nəqliyyat
xərcləri (taksidən istifadə istisna olmaqla
yaşayış məntəqəsindən kənarda
yerləşən vağzala, limana (bərəyə),
təyyarə meydanına və ölkə ərazisində
digər məntəqələrə getmək) daxildir və
bu xərclər təqdim edilən sənədlər
əsasında ödənilir.
Qeyd olunan
xərclərə nəqliyyatda sərnişinlərin icbari
sığorta üzrə tədiyyələri, biletlərin
qabaqcadan satışı üzrə xidmətin
ödənilməsi, qatarlarda yatacaq ləvazimatlarından
istifadə üçün xərclər də daxildir.
Nəqliyyat
xərcləri ilə bağlı təsdiqedici
sənədlər itirildiyi təqdirdə bileti satmış
təşkilat tərəfindən biletin həqiqətən
həmin şəxsə satılmasını təsdiq
edən rəsmi sənəd (arayış) ödəniş
üçün əsas götürülə bilər.
6.
İşçi ezamiyyətdən qayıtdıqdan sonra
ezamiyyət ilə əlaqədar xərclədiyi
vəsaitlərin məbləği haqqında avans
hesabatını 3 gün ərzində təqdim etməlidir.
Respublika ərazisi daxilində ezamiyyələr zamanı
müəyyən olunmuş qaydada rəsmiyyətə salınmış
ezamiyyət vəsiqəsi, xarici ölkələrə
ezamiyyələr zamanı isə pasport və ya onu
əvəz edən sənəddə ölkədən çıxmaq,
ölkəyə qayıtmaq barədə səlahiyyətli
orqanlar tərəfindən edilən müvafiq qeydin surəti
və nəqliyyat xərcləri barədə təsdiqedici
sənədlər avans hesabatına əlavə edilir.
7. Respublika
ərazisi daxilində ezamiyyələr zamanı ezamiyyət
yerində olmanın faktiki müddəti, ezamiyyət yerinə
gəlmə və ezamiyyət yerindən
getmə haqqında ezamiyyət vəsiqəsində edilən
qeydlər üzrə müəyyən edilir. Əgər
işçi müxtəlif yaşayış
məntəqələrinə ezam olunmuşsa, gəlmə
günü və getmə günü haqqında hər
məntəqədə ayrıca qeyd edilir. Xarici
ölkələrə xidməti ezamiyyələr zamanı
ezamiyyətə getmək barəsində verilmiş rəsmi
əmr və ölkədən çıxıb,
ölkəyə qayıtmaq barədə pasport və ya onu
əvəz edən sənəddə səlahiyyətli orqanlar
tərəfindən edilən müvafiq qeyd ezamiyyət
müddəti ucun əsas götürülür.
Dövlətlərarası
razılaşmaya əsasən ölkədən çıxdıqda
və ölkəyə qayıtdıqda pasport və ya onu
əvəz edən sənəddə səlahiyyətli orqan
tərəfindən müvafiq qeyd aparılmayan hallarda bu
Qaydaların əlavəsinə uyğun olaraq "Ezamiyyə
vəsiqəsi" verilə bilər (İngilis dilində
tərtib edilmiş variant).
Təşkilatlarda
ezamiyyətə göndərilən və ezamiyyətdən
qayıdan işçilərin qeydiyyatı müvafiq kitabda
aparılmalıdır. Həmin kitabda ezam edilən və
ezamiyyətdən qayıdan işçinin vəzifəsi,
adı, soyadı, ezamiyyə vəsiqəsinin və ya
şəxsiyyəti təsdiq edən sənədin
nömrəsi, ezam edilən təşkilatın adı qeyd
olunmalıdır.
8.
Nəqliyyat vasitələrinin yola düşdüyü
gün ezamiyyətə gedən gün, nəqliyyat
vasitəsinin daimi iş yeri yerləşən
yaşayış məntəqəsinə gəldiyi gün
isə ezamiyyətdən qayıdan gün sayılır.
Nəqliyyat vasitəsi saat 24-ə kimi (saat 24 də daxil
olmaqla) yola düşürsə ezamiyyətə gedən
gün cari gün, 00 saatdan sonra isə sonrakı günlər
sayılır. Əgər nəqliyyat vasitəsinin yola
düşdüyü yer yaşayış
məntəqəsindən kənarda yerləşərsə,
həmin yerə getmək üçün lazım olan vaxt
nəzərə alınır. İşçinin daimi iş
yerinə qayıtması günü eyni qayda ilə təyin
edilir.
9.
Ezamiyyətdə olduğu vaxt, o cümlədən yolda
olduğu vaxt üçün ezam olunan işçinin
əsas iş yeri (vəzifəsi) və orta aylıq
əmək haqqı saxlanılır. Ezamiyyətdə
olduğu vaxtda işçinin istifadə etmədiyi
istirahət günlərinin əvəzinə
ezamiyyətdən qayıtdıqdan sonra istirahət
günləri verilmir.
Təşkilat
rəhbərinin tapşırığı ilə
işçi istirahət günü ezam olunarsa,
işçiyə həmin günün əvəzində
əlavə istirahət günü verilir.
Ezam olunan
işçilərə ezam olunduqları təşkilatların
iş vaxtının rejimi və istirahət vaxtı tətbiq
edilir.
Əvəzçilik
üzrə işləyən işçi ezam olunan zaman onun
orta aylıq əmək haqqı onu ezam edən
təşkilatda saxlanılır. Əgər işçi
əsas və əvəzçiliklə işlədiyi iş
yeri üzrə eyni vaxtda ezam olunarsa, bu halda onun orta aylıq
əmək haqqı hər iki iş yerində tutduğu
vəzifə üzrə saxlanılır, ezamiyyət
xərcləri isə müvafiq razılığa
əsasən ezamiyyətə göndərən
təşkilatlar arasında bölüşdürülür.
10.
Ezam olunmuş işçi ezamiyyə müddətində
əmək qabiliyyətini müvəqqəti itirdiyi halda, ona
səhhətinə görə həvalə olunmuş
xidməti tapşırığı yerinə yetirmək
və yaxud daimi yaşayış yerinə qayıtmaq
imkanı olmadığı dövr üçün (altı
aydan artıq olmamaq şərtilə)
ezamiyyə xərclərinin 1 günlük normasına
uyğun xərclər ödənilir.
Ezam
olunmuş işçinin əmək qabiliyyətini
müvəqqəti itirməsi, həmçinin də
səhhətinə görə daimi yaşayış
yerinə qayıtmaq imkanı olmaması,
səhiyyə xidmətləri tərəfindən
müəyyən olunmuş qaydada təsdiq edilməlidir.
Əmək
qabiliyyətini müvəqqəti itirdiyi dövr
üçün ezam olunan işçiyə ümumi
əsaslarla əmək qabiliyyətini müvəqqəti
itirməsi üzrə müavinət verilir. Əmək
qabiliyyətini müvəqqəti itirdiyi günlər
ezamiyyətin müddətinə daxil edilmir.
11. Bu
Qaydalarda nəzərdə tutulan normalar daxilində ezamiyyə
xərcləri büdcədən maliyyələşdirilən
təşkilatlarda xərclər smetasında bu məqsəd üçün
nəzərdə tutulmuş vəsaitlər hesabına
ödənilir. Digər təşkilatlarda təsdiq olunmuş
normalar daxilində ezamiyyə xərcləri məhsulun
(işin və xidmətlərin) maya dəyərinə daxil
edilir və həmin təşkilatlar ezamiyyə
xərclərinin normalarını öz sərəncamlarında
qalan mənfəət hesabına artıra bilərlər.
II. Respublika
ərazisi daxilində ezamiyyələr
1.
İşçilərin tabeçilik qaydasında yuxarı
təşkilatlara ezamiyyət müddəti yolda olduğu vaxt
nəzərə alınmadan 5 gündən artıq
olmamalıdır. Ezamiyyət müddətinin müstəsna
hallarda, işçini ezam edən orqanın rəhbərinin
sərəncamı (əmri) ilə əlavə 5 gün
artırılmasına icazə verilir.
2.
Azərbaycan Respublikasının ərazisində ezamiyyə
xərclərinin 1 günlük norması Azərbaycan
Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına
əsasən müəyyən edilir.